Koreya Respublikası və ABŞ hərbi qulluqçuları “Ulchi Freedom Shield” adlı birgə təlimlərə başlayıblar.
Azinformasiya.az “Yonhap”a istinadən xəbər verir ki, qarışıq təlimlər avqustun 31-ə kimi davam edəcək.
Təlimlər real müharibə şəraitinə uyğun aparılır.
“Ulchi Freedom Shield” həm səhra, həm də simulyasiyalara əsaslanan komanda-qərargah təlimləri, eyni zamanda mülki müdafiə təlimlərini özündə birləşdirib.
Təlimdə 30-a yaxın birgə səhra təliminin keçirilməsi nəzərdə tutulur ki, bu da keçən illə müqayisədə 21 vahid çoxdur.
Bundan başqa, təlimlərdə BMT Komandanlığına üzv dövlətlərin, xüsusilə Avstraliya, Böyük Britaniya, Kanada, Tailand, Filippin və Fransa nümayəndələrinin iştirakı gözlənilir.
Azinformasiya.az