Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar İrəvanda Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının rəhbəri Markus Ritterlə görüşüb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının “Twitter” hesabında məlumat verilib.
Görüşdə Aİ-nin Ermənistandakı Nümayəndəliyinin rəhbəri Andrea Viktorinin də iştirak etdiyi bildirilib.
“Onlar regional inkişaf və regionda sülh prosesinin dəstəklənməsi yönündə Aİ-nin səyləri barədə fikir və məlumat mübadiləsi aparıblar”, məlumatda əks olunub.
Azinformasiya.az