Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Seyid İbrahim Rəisi arasında telefon danışığı baş tutub.
Azinformasiya.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı İran dövlət başçısı Rusiya Prezidentinə Dağıstan Respublikasının Mahaçqala şəhərində baş vermiş partlayışda həyatını itirənlərlə bağlı başsağlığı verib.
Putin də öz növbəsində iranlı həmkarına Şirazda məsciddə baş vermiş terror aktına görə başsağlığı verib.
Tərəflər, eyni zamanda hər iki ölkənin siyasi, iqtisadi, energetika, nəqliyyat – logistika və başqa sahələrdə qarşılıqlı əməkdaşlığını müzakirə ediblər.
Beynəlxalq və regional məsələlərdə əməkdaşlığın genişləndirilməsi məsələləri, eləcə də İranın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) tamhüquqlu üzv kimi iştiraka, habelə BRİKS-in fəaliyyətinə qoşulmağa maraqlı olması ilə bağlı məsələlər müzakirə edilib.
Azinformasiya.az