Türkiyədə 4.5 maqnitudalı zəlzələ baş verib

Türkiyənin Adana vilayətinin Aladağ rayonunda zəlzələ baş verib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkan 4,5 maqnitudada baş verib.

Zəlzələnin yerli saatla 17:36-da, yerin təxminən 7,3 kilometr dərinliyində baş verdiyi bildirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir