“Ağdam-Əsgəran-Xankəndi yolu hazırdır, işləkdir və bütün lazımi vasitələrin çatdırılması üçün açıqdır”.
Azinformasiya.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter paylaşımında bildirib.
O bildirib ki, Ağdamdan Xankəndiyə cəmi 23 km yoldur.
“Diplomatik korpus və beynəlxalq media ilə yolun üzərində dayanamışıq və Əsgəran tərəf baxırıq. Azərbaycan divarlar tikmir, yollar çəkir!” – Prezidentin köməkçisi əlavə edib.
Azinformasiya.az