Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı baş tutub.
Azinformasiya.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X”də paylaşım edib.
Nazirlər ikitərəfli və çoxtərəfli münasibətlərin daha da genişləndirilməsi imkanlarını, eləcə də regional vəziyyəti müzakirə ediblər.
Azinformasiya.az