Azərbaycan XİN Dağıstanda baş vermiş partlayışla bağlı başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində baş vermiş partlayışla əlaqədar başsağlığı verib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə XİN “Twitter“də paylaşım edib.

“Dağıstanın Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində insan tələfatı və çoxlu sayda insanın xəsarət alması xəbəri bizi dərindən kədərləndirir.

Bu faciədə yaxınlarını itirən ailələrə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, – XİN qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir