Zelenski Donetsk vilayətində hücum əməliyyatları aparan briqadalara baş çəkib

Ukrayna Prezidenti Vladimir Zelenski Donetsk vilayətinə səfəri zamanı “Soledar” əməliyyat-taktiki qrupunun cavabdehlik zonasında hücum əməliyyatları aparan briqadaların qərargahına baş çəkib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ukrayna lideri briqadaların tabeliyində olan ərazilərdə əməliyyat şəraiti, müxtəlif növ silahlardan istifadənin xüsusiyyətləri ilə bağlı məruzələri dinləyib.

“Mən vəziyyəti geniş başa düşmək üçün hər gün ümumi məlumat alıram ki, bu da çox vacibdir. Həmçinin hər birinin problemlərini dəqiq başa düşmək üçün bütün briqadalara ayrı-ayrılıqda baş çəkmək istədim. Söhbətimiz əsnasında istənilən məsələni müzakirə edə bilərsiniz”, – deyə Zelenski hərbçilərlə görüşdə bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir