Avqustun 14-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistan səfiri Vaqarşak Arutyunyanı qəbul edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Tərəflər ikitərəfli gündəliyin aktual məsələlərinə, eləcə də bütün səviyyələrdə siyasi dialoqun təşviqinə və iqtisadi əlaqələrin gücləndirilməsinə toxunublar.
Sergey Lavrovun müavini və Ermənistan səfiri Laçın yolunu və Qarabağı da müzakirə ediblər.
Azinformasiya.az