Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə XİN-in “X” səhifəsində paylaşım edilib.
“Müstəqillik Günü münasibəti ilə qardaş Pakistan xalqına və hökumətinə ən xoş və ən səmimi arzularımızı çatdırırıq. Biz ikitərəfli əlaqələrimizi, o cümlədən strateji tərəfdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik. Müstəqillik Gününüz mübarək!”, – paylaşımda əks olunub.
Azinformasiya.az