Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN başçısı Ararat Mirzoyanla telefon danışığı aparıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Buyar Osmani “Twitter” də paylaşım edib.
ATƏT sədri Azərbaycan və Ermənistan XİN başçıları ilə Laçın yolundakı vəziyyəti müzakirə edib.
Azinformasiya.az