Polşa sərhəd mühafizəçilərinin dəstəklənməsi məqsədilə Belarusla sərhədə əlavə 10 min hərbçi göndərməyi planlaşdırır.
Azinformasiya.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Mariuş Blastzak bildirib.
“Təxminən 10 000 əsgər sərhəddə olacaq ki, onlardan 4000-i sərhəd mühafizəsinə birbaşa dəstək verəcək, 6000-i isə ehtiyatda qalacaq. Biz ordunu Belarusla sərhədə təcavüzkarı qorxutmaq, bizə hücum etməyə cəsarət etməməsi üçün yaxınlaşdırırıq”, – Polşa müdafiə naziri vurğulayıb.
Azinformasiya.az