İndoneziya sahillərində 5,7 bal gücündə zəlzələ olub.
Azinformasiya.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentrinin Tual şəhərindən 157 kilometr cənub-qərbdə, ocağının 75 kilometr dərinlikdə yerləşdiyi bildirilib.
Azinformasiya.az