Nigerdə üsyançılar ECOWAS, BMT və Afrika İttifaqı nümayəndə heyətlərinin ölkəyə gəlməsinə razılıq verməyib.
Azinformasiya.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, Nigerdə dövlət çevrilişi edən hərbçilər Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyinin (Economic Community of West African States – ECOWAS), BMT və Afrika İttifaqının nümayəndələrini ölkəyə gəlməsinə etiraz ediblər və ölkəni idarə etmək üçün üsyançılar tərəfindən yaradılan Vətənin Qurtuluşu Milli Şurası onların ölkəyə girişini qadağan edib.
Belə bir qadağanın elan edilməsinin səbəbləri bildirilməyib.
Qeyd edək ki, keçən ayın sonlarında ordu tərəfindən Nigerdə silahlı qiyam baş verib və ölkə lideri Məhəmməd Bazum Prezident Qvardiyasının üzvləri tərəfindən saxlanılıb.
Azinformasiya.az