Lənkəranda qadını elektrik cərəyanı vuraraq öldürüb

Lənkəranda 31 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürüb.

 

Azinformasiya.az xəbər verir ki, Lənkəran rayonunun Göyşaban kənd sakini 1992-ci il təvəllüdlü Kəmalə Adil qızı İbayevanı elektrik cərəyanı vurub.

Hadisə nəticəsində ölən Kəmalə İbayevanın meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir