Rusiya və Çin XİN başçıları Ukraynanı müzakirə edib

Rusiya xarici işlər naziri Sergey Lavrovla Çin XİN rəhbəri Van İ arasında telefon danışığı baş tutub.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hər iki ölkənin XİN rəhbərləri bir sıra məsələlərlə yanaşı, Ukraynadakı müharibəni də müzakirə ediblər.

Bundan başqa, tərəflər Qərb blokunun Rusiya və Çinə qarşı siyasətini qəbul etmədiklərini bildiriblər.

Nazirliyin sözlərinə əsasən, bu telefon danışığı zamanı Moskva ilə Pekinin dünyada baş verən hadisələrə yanaşmada eyni mövqedən çıxış etmələri bir daha təsdiqlənib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir