Astarada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə Astara rayonu ərazisində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobili rayonun Səncərədi kənd sakini, 1992-ci il təvəllüdlü Ramil Nağdəli oğlu Məmmədlini vurub.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Ramil Məmmədlinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az