Gürcüstanda torpaq sürüşməsi nəticəsində itkin düşən uşaqların sayı barədə açıqlama verilib

Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq uçqunu nəticəsində itkin düşənlər arasında uşaqlar da var.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Zurab Azaraşvili bildirib.

O qeyd edib ki, hazırda ərazidə 7-8 uşaq axtarılıb.

Nazir, həmçinin qeyd edib ki, ərazidə qopmuş bədən də üzvləri aşkarlanıb və onların kimə məxsus olduğunu müəyyənləşdirmək məqsədilə DNT analizi aparılır.

Yerli KİV-in məlumatına əsasən, itkin düşənlər arasında bir Rusiya vətəndaşı da var.

Həlak olanların da bəzilərinin şəxsiyyətinin müəyyənləşdirildiyi bildirilir.

Qeyd edək ki, yerli KİV-də yayılan məlumatlara əsasən, sürüşmə nəticəsində itkin düşənlər arasında etnik azərbaycanlı 18 yaşlı Samirə İsayeva da var. Ailəsinin məlumatına görə, sürüşmə ərazisində olan gənclə avqustun 2-dən sonra əlaqə yaratmaq mümkün olmayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir