Ermənistanın Rusiyadakı səfiri dəyişə bilər.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak“ nəşri yazıb.
Nəşrin məlumatına əsasən, İrəvanla Moskva arasında münasibətlərin yenidən başlanmasına ehtiyac var və münasibətlərin yenilənməsinə doğru ilk addım səfirlərin dəyişdirilməsi olacaq.
İlk növbədə ermənilərin Rusiyadakı diplomatik missiyanın rəhbəri Vaqarşak Arutyunyanı dəyişməyi planlaşdırdığı bildirilib.
Arutyunyanın əvəzinə İrəvanın deputat Qurgen Arsenyanı Rusiyaya səfir təyin edəcəyi ehtimal olunur.
Azinformasiya.az