Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağdakı Rusiya Sülhməramlı Kontingenti (RSK) barədə açıqlamalarına münasibət bildirib.
Azinformasiya.az xəbər verir ki, Zaxarova bu gün keçirdiyi brifinqdə qeyd edib ki, Ermənistan rəhbərliyi bir sıra əsas məsələlərdə tez-tez qeyri-müəyyən mövqedən çıxış edir.
Onun sözlərinə əsasən, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması ilə bağlı arqumentlər tamamilə anlaşılmazdır.
“Ermənistan Baş naziri bunu istəyir? Hamıya məlumdur ki, sülhməramlılar mühüm funksiyaları yerinə yetirir. Ermənistan rəhbərliyi həqiqətən onların fəaliyyətini gərəksiz hesab edir? Onlar Rusiya sülhməramlılarını arzuolunmaz hesab edir və getmələrini istəyir? Ermənistan rəhbərliyi bir sıra əsas məsələlərdə tez-tez qeyri-müəyyən mövqedən çıxış edir, ancaq mən istərdim ki, bu məsələdə qeyri-müəyyənlik olmasın. Hər şeyi şübhə altına salmaq xeyli sayda suallar yaradır. Ümumiyyətlə, Ermənistan rəhbərliyinin Qarabağı Azərbaycan ərazisi kimi tanımasından sonra Rusiyanın kifayət qədər səy göstərməməsi ilə bağlı irəli sürülən istənilən iddialar ikiqat yersiz görünür”, – o diqqətə çatdırıb.
Azinformasiya.az