Şəmkirdə qəza baş verib, ölənlər var

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qədim Qala kəndindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı 1995-ci il təvəllüdlü Ceyhun Ağazadə və 1965-ci il təvəllüdlü Cəmilə Qədirova dünyasını dəyişib, 1961-ci il təvəllüdlü Fəxrəddin Bədirov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir