ABŞ Müdafiə Nazirliyi Nigerdəki hərbi çevrilişdə “Vaqner” özəl hərbi şirkətinin iştirakını göstərən heç bir şey görmür.
Azinformasiya.az xəbər verir ki, bunu Pentaqonun sözçüsü Patrik Rayder jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə söyləyib.
“Bizdə olan məlumatlara görə, “Vaqner”in bu işdə hər hansı rol oynadığına dair heç bir əlamət görmürük” – Rayder diqqətə çatdırıb.
Azinformasiya.az