Şamaxı-Bakı yolu işıqsız qalıb

Şamaxı şəhərindən Bakıya gələn yolda işıq dirəklərinin olmaması həm sürücülər, həm də piyadalar üçün təhlükə yaradır.

 

Azinformasiya.az Şamaxı şəhərindən Bakıya gələn yolda işıq dirəkləri mövcud deyil. Yol axşam və gecə saatlarında çox qaranlıqdır. Bu da sürücülər üçün təhlükə yaradır. Belə ki, sürücülər qaranlıq səbəbindən yolu görməyib qəza törədə bilərlər. Sözügedən yolda qəza riski çox yüksəkdir.

Bundan başqa, yol piyadalar üçün də təhlükəlidir. Hər hansı bir insan və yaxud heyvan yoldan keçərkən gələn avtomobili görməyib bir qəzaya səbəb ola bilər. Bu da həm piyada, həm sürücüyə zərər verəcək.

Şamaxı şəhər İcra hakimiyyəti onun səlahiyyətində olan mövzulara biganə qalır. Sözügedən yolda işıq dirəkləri təcili olaraq qurulmalıdır. Yoxsa hələ çox insan qaranlıq yolların qurbanı ola bilər.

Ümid edirik ki, Şamaxı şəhər İcra hakimiyyəti bu mövzu ilə bağlı ən qısa zamanda tədbir görəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir