Tonoyan 44 günlük müharibə vaxtı orduda baş vermiş fərarilik hallarından danışıb

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan 44 günlük müharibə vaxtı orduda baş vermiş fərarilik hallarından danışıb.

 

Azinformasiya.az xəbər verir ki, Tonoyan bu haqda bu gün 44 günlük müharibəni araşdıran komissiyanın Ermənistan parlamentində keçirilən iclasında izahat verən zaman söz açıb.

Onun sözlərinə əsasən, baş verən bu cür hadisələrin səbəbləri qorxu və səfərbərlik zamanı çatışmazlıqlar olub, çünki kifayət qədər ağır şəraitdə hərəkət etmək məcburiyyəti olub.

Tonoyan Ermənistandakı “beşinci kolon” məsələsinə toxunaraq söyləyib ki, bu barədə faktlar varsa, ictimaiyyətə təqdim olunmalıdır və onun özü şəxsən həmin faktları səbirsizliklə gözləyir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir