Tonoyan 44 günlük müharibə ilə bağlı komissiyanın iclasında iştirak edir

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan 44 günlük müharibəni araşdıran komissiyanın iclasında ictimaiyyət qarşısında çıxış etmək qərarının səbəblərini açıqlayıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Sabiq nazir bildirib ki, komissiyanın işi başa çatana kimi iclasda iştirak etmək istəyir.

Tonoyan, eyni zamanda vurğulayıb ki, ölkənin Baş naziri Nikol Paşinyanın çıxışından sonra kifayət qədər çoxlu sayda suallar yaranıb və bu səbəbdən də komissiyanın iclasında iştirak etməyə tələsir.

Komissiyanın fəaliyyətinin 14 avqustda yekunlaşacağını nəzərə alan Tonoyan onun ünvanına səsləndirilən fikirlərə münasibət bildirmək istəyir.

Bundan başqa, qeyd olunub ki, məhkəmə həbsdə olan Tonoyanın komissiyanın iclasında iştirakına icazə verib və keçmiş nazir cəzaçəkmə müəssisəsinin əməkdaşının müşayiəti ilə parlamentə gedəcək. İclas iki gün – 1 və 2 avqust tarixlərində keçiriləcək.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan artıq iki dəfə komissiyanın iclasında iştirak edib.

Komissiyanın öncəki iclaslarına sabiq XİN başçısı Zöhrab Mnatsakanyan, Silahlı Qüvvələrin Baş Qərargahının sabiq və indikikı rəisləri – Onik Qasparyanla Edvard Asryan və digər yüksək rütbəli məmurlar dəvət olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir