Fransa Nigerdəki vətəndaşlarını ən qısa zamanda təxliyə edəcək

Fransa hökuməti Nigerdəki vətəndaşlarını ən qısa zamanda təxliyə edəcək.

 

Azinformasiya.az AFP-yə istinadən xəbər verir ki, bu barədə Fransanın paytaxt Niameydəki səfirliyi məlumat yayıb.

Məlumata görə, fransızların təxliyəsi Niamey şəhərindən hava yolu ilə həyata keçiriləcək.

Nigerdə ​​dövlət çevrilişi həyata keçirən hərbçilərin Fransa və müttəfiqlərini ölkənin devrilmiş Prezidenti Məhəmməd Bazumu azad etmək məqsədilə hərbi əməliyyata başlamaq niyyətində ittiham etdikləri bildirilib.

Paytaxt Niameydə Fransanın Afrikada ən böyük hərbi hava bazası yerləşir və buradakı hərbçilərin sayı təxminən 1500 nəfərdir. Bundan başqa, Niger ərazisində Almaniya, İtaliya və ABŞ-ın hərbi hissələri də mövcuddur.

Qeyd edək ki, iyulun 30-da Nigerin paytaxtı Niameydə Fransa səfirliyi qarşısında böyük etiraz aksiyası baş tutub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir