Gəncədə qəza baş verib, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə şəhərin Şah İsmayl Xətai prospektində baş verib.

Hərəkətdə olan “Chevrolet” markalı minik maşını yolun kənarında dayanan digər avtomobilə çırpılıb.

Qəzada xəsarət alan “Chevrolet”in sürücüsü, 1983-cü il təvəllüdlü Rəhimov Vaqif Tapdıq oğlu və onun övladı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir