Sürət Hüseynovun ölüm xəbəri yayıldı.
Azinformasiya.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya onun yaxınları bildirib.
Məlumata görə, Moskvadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman ürəktutmadan vəfat edib.
Qeyd edək ki, Gəncədə anadan olan 64 yaşlı Surət Hüseynov Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı (1989–1991), Baş nazirin müavini (1993) vəzifələrində olub. Silahlı dəstələr yaratmaqla hakimiyyəti ələ keçirməyə cəhd edən S.Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırılıb.
1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul edib.
Ölkəni tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də Prezident İlham Əliyevin Əfv Fərmanı ilə həbsdən azad olunub.
Bundan sonra Türkiyə başda olmaqla xarici ölkələrdə biznes fəaliyyəti ilə məşğul olmağa başlayıb.
***
Sabiq baş nazirin yaxınları Qaynarinfo-ya bildirib ki, Sürət Hüseynov komaya düşüb: “Həkimlər əvvəlcə onun öldüyünü zənn ediblər. Lakin sonradan məlum olub ki, o komadadır”.
Yaxınları Sürət Hüseynovun hazırda reanimasiyada olduğunu bildirirlər.
Azinformasiya.az
Gününsəsi.info