İsrail hökuməti süni intellekt texnologiyalarının inkişafına əlavə 500 milyon şekel (135 milyon ABŞ dolları) ayırıb və ölkənin yaxın gələcəkdə bu sahədə dünya lideri olacağını gözləyir.
Azinformasiya.az xəbər verir ki, bunu İsrailin Baş nazir Benyamin Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında bildirib.
Onun sözlərinə əsasən, İsrail hakimiyyəti süni intellekt texnologiyalarının inkişafı üzərində çox işləyir.
“İsrailin elm və texnologiya naziri Ofir Akunusin danışdığı bu infrastrukturla bağlı bilinməlidir ki, biz artıq büdcədə nəzərdə tutulandan əlavə 500 milyon şekel ayırmışıq. Lakin biz daha da irəli getməyi arzulayırıq.
Bu infrastrukturu yeni səviyyələrə qaldıracağıq, çünki gələcəyin kimə məxsus olacağı indidən gedir. Biz istəyirik, İsrail dövlətini süni intellekt sahəsində super gücə çevirməliyik. Bu gələcəkdir və biz oraya doğru gedirik”.
Azinformasiya.az