Zelenski Ukrayna üçün gələcək təhlükələr barədə xəbərdarlıq edib

Ukrayna prezidenti Vladimir Zelenski vurğulayıb ki, Rusiya ordusu bu qış Ukraynanın enerji infrastrukturuna zərbələr endirməyə davam edə bilərlər.

 

Azinformasiya.az xəbər verir ki, prezident bunu İvano-Frankovskda Ukrayna Yerli və Regional Hakimiyyətlər Konqresinin iclasının yekunları üzrə ukraynalılara müraciətində bildirib.

“Rusiyanın təcavüzü döyüş meydanında iflasa uğradı. Bu gün Rusiya rəhbərliyinin bir-iki həftə davam edəcəyini gözlədiyi qondarma “xüsusi hərbi əməliyyat”ın davam etməsinin 522-ci gündür. Ukrayna güclənir. Müharibə tədricən Rusiya ərazisinə, onun simvolik mərkəzlərinə və hərbi bazalarına qayıdır. Bu, qaçılmaz təbii və tamamilə ədalətli prosesdir”, – Zelenski qeyd edib.

“Ancaq biz şüurlu olmalıyıq ki, ötən il olduğu kimi, bu qış da rus terrorçuları bizim enerjimizi vura bilərlər. Kritik obyektləri. Bu gün biz icmalarla bütün mümkün ssenarilərin indiki vəziyyətini müzakirə etdik”, – Ukrayna lideri diqqətə çatdırıb.

Bundan başqa, Zelenski bildirib ki, bu gün icmalarda enerji və müxtəlif həyatı təmin edən sistemlər də daxil olmaqla, təcili bərpa məsələsi müzakirə olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir