İranda daşqınlardan 130-dan artıq insan zərər çəkib

İranın cənub-şərqində yerləşən və ölkənin ən quraq əyalətlərindən biri hesab edilən Sistan və Bəlucistanda daşqınlar nəticəsində azı 133 nəfər zərər çəkib.

 

Azinformasiya.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin yerli bölməsinin rəhbəri bildirib.

Daşqınlara Sarbaz çayının daşmasının səbəb olduğu, suyun səviyyəsinin 1985-ci ildən ən yüksək həddə çatması nəticəsində 80 yaşayış binasını su basdığı bildirilib.

Yerli hakimiyyət orqanları yeni daşqınların olacağı barədə xəbərdarlıq edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir