Putin Rusiya Hərbi Dəniz Qüvvələrinin paradını qəbul edir

Sankt-Peterburqda Rusiya Hərbi Dəniz Qüvvələri Günü şərəfinə parad keçirilir.

 

Azinformasiya.az Ren TV-yə istinadən xəbər verir ki, onu Rusiya lideri Vladimir Putin qəbul edir.

Parad ənənəvi olaraq dəniz və quru komponentlərindən ibarətdir. Bu il tədbirə 45 gəmi, kater və sualtı qayıq, habelə 3000-ə yaxın hərbçi cəlb olunub.

Qeyd edək ki, Putin bu il parada daha öncə Rusiya-Afrika sammitində iştirak etmək üçün şimal paytaxtına gəlmiş Afrika ölkələrinin liderlərini dəvət edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir