Türkiyədə ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Türkiyənin Antalya şəhərində sərnişin mikroavtobusu yük maşını ilə toqquşub, ölən və yaralananlar var.

 

Azinformasiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, Alanya rayonunda mikroavtobus yük maşınına çırpılıb. Qəza nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.

Əraziyə polis və təcili yardım cəlb edilib.

Qəzanın hansı səbəbdən baş verdiyi bilinmir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir