Rusiya Zaporojyeyə zərbə endirib, 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Rusiyanın Ukraynanın Zaporojye şəhərinə raket zərbəsi nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

 

Azinformasiya.az xəbər verir ki, bunu şəhər sovetinin katibi Anatoli Kurtev “Telegram”da yazıb.

“Düşmən raketi açıq əraziyə düşüb. Təəssüf ki, bir kişi və bir qadın ölüb. Bir qadın isə yaralanıb. Ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Partlayış dalğası hündürmərtəbəli binaların şüşələrini sındırıb, təhsil müəssisəsi və supermarketin binasına ziyan vurub”, – o diqqətə çağırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir