Yunanıstanın qərbində yeni meşə yanğını başlayıb, dörd kəndin sakini təxliyə edilib

Yunanıstanın qərbindəki Elis bölgəsində meşə yanğını başlayıb.

 

Azinformasiya.az “Ekathimerini”yə istinadən xəbər verir ki, hadisə ilə bağlı olaraq dörd kəndin sakini təxliyə edilib.

Paleovarvasayna, Karutes, Strefi və Smela kəndlərinin sakinləri Olimpiyaya kəndinə doğru yönləndirilib.

Yunanıstan yanğınsöndürənlərinin son 24 saat ərzində 51 yeni meşə yanğını ilə mübarizə apardığı və bununla da ölkədə aktiv meşə yanğınlarının ümumi sayının 96-ya çatdığı bildirilir.

Yanğınsöndürmə idarəsindən yeni yanğınların çoxunun ilkin mərhələdə dərhal söndürüldüyü bildirilib.

Qeyd edək ki, ölkədə son 10 gündür meşə yanğınları davam edir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir