Blinken: Şoyqunun Şimali Koreyaya səfəri Rusiyanın silah almaq niyyətindən xəbər verir

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Şimali Koreyaya səfəri Rusiyanın silah almaq niyyətindən xəbər verir.

 

Azinformasiya.az ABŞ Dövlət Departamentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Avstraliyanın Brisben şəhərində keçirilən “2+2” formatında danışıqların yekunlarına dair çıxışı zamanı söyləyib.

Qeyd edək ki, sözügedən görüşdə Pentaqon rəhbəri Lloyd Ostin, Avstraliyanın müdafiə və xarici işlər nazirləri Riçard Marles və Penni Vonq da iştirak edib.

Blinkenin sözlərinə əsasən, o, Rusiya müdafiə nazirinin məzuniyyətlə bağlı Pxenyanda olmasına şübhə edib:

“Rusiya müdafiə nazirinin Şimali Koreyadakı hesabatlarına gəlincə, Şoyqunun orada məzuniyyətdə olmasına şübhəm var. Rusiya hazırda ümidləri tükənmiş şəkildə kənardan dəstək, silah axtarır və biz bunu hazırda Şimali Koreyada görürük”.

Qeyd edək ki, Şoyqunun rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Koreyanın 1950-1953-cü illər müharibəsində qələbəsinin 70-ci ildönümünün qeyd edilməsi ilə bağlı mərasimdə iştirak etmək üçün bu həftə Şimali Koreyaya səfər edib. O paytaxt Pxenyanda keçirilən hərbi paradda iştirak edib.

Şoyqu səfər çərçivəsində Pxenyanda Şimali Koreya dövlət başçısı Kim Çen Inla görüşüb və danışıqlar aparıb.

Rusiya Müdafiə Nazirliyi görüş barədə məlumatda bildirib ki, söhbət zamanı qlobal və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir