Kolumbiyanın Quetame regionunda baş vermiş qar uçqunu nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə məlumatı regionun Fövqəladə Halların İdarə Olunması Xidməti yayıb.
Qeyd olunub ki, 17 iyulda Kundinamarka dağlarında baş verən qar uçqunu 30-a yaxın yaşayış binasına zərər verib.
Eyni zamanda bildirilib ki, fəlakət baş verən bölgədə axtarış-xilasetmə işləri davam edir.
Qeyd edək ki, hadisə baş verən gün verilən xəbərə əsasən, 20 nəfərin öldüyü, 9 nəfərin itkin düşdüyü, 6 nəfərin yaralandığı və onlarla insanın ərazidən təxliyə edildiyi bildirilmişdi.
Azinformasiya.az