İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Şəhram İrani Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.
Qeyd olunub ki, İran HDQ komandanı 30 iyul – Rusiya Hərbi Dəniz Donanması Günü münasibətilə təşkil olunacaq mərasimdə iştirak etmək üçün gedib.
Məlumatda bildirilir ki, mərasimdə Rusiya lideri Vladimir Putin və 21 ölkənin hərbi qurumlarının rəsmiləri iştirak edəcək.
İraninin rusiyalı həmkarı ilə görüşdən başqa, bir sıra Asiya və Afrika ölkələrinin donanma komandirləri ilə də görüşləri gözlənilir.
Azinformasiya.az