BMT Təhlükəsizlik Şurası (TŞ) Nigerdəki hərbi çevrilişi qətiyyətlə pisləyib və Prezident Məhəmməd Bazumun dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə qurumun birgə bəyanatında deyilir.
Bəyanatda BMT Təhlükəsizlik Şurasının üzvlərinin Nigerin demokratik yolla seçilmiş Prezidenti Məhəmməd Bazumu heç bir şərt qoyulmadan dərhal azad etməyə çağırdığı və onun, ailəsinin və hökumət üzvlərinin müdafiəsinin vacibliyini vurğuladıqları əksini tapıb.
Azinformasiya.az