Goranboyda minik avtomobilinin aşması nəticəsində 2 nəfər xəsarət alıb

Goranboyda yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Səfikürd kədinin yaxınlığında baş verib. Hərəkətdə olan “QAZ -3110” markalı minik maşını yoldan çıxaraq aşıb.

Qəza zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən1988-ci il təvəlüdlü Elnur Mamedov və 1984-cü il təvəllüdlü Ruslan Cənnətovun vəziyyətinin kafi olduğu bildirilir. İlkin etimallara görə, qəzaya səbəb maşının təkərinin partlaması olub.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir