Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Çenqduda Çin sədri Si Cinpinlə görüşüb.
Azinformasiya.az xəbər verir ki, məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayıb. Bildirilib ki, görüşdə Gürcüstan və Çin Xalq Respublikası arasında ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi qərarı qəbul edilib.
İrakli Qaribaşvili vurğulayıb ki, Gürcüstan Çinlə uzunmüddətli dostluq və əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirir.
Baş nazir, eyni zamanda Si Cinpinə “Bir kəmər, bir yol” qlobal təşəbbüsünə görə təşəkkür edib.
Məlumatda qeyd olunub ki, Si Cinpin Gürcüstan və Çin ikitərəfli münasibətlərini yeni səviyyəyə qaldıracaq strateji tərəfdaşlıq əlaqələrinin qurulduğunu söyləyib.
Si Cinpin, həmçinin qeyd edib ki, beynəlxalq aləmdə hadisələrin necə inkişaf etməsindən asılı olmayaraq Çinin Gürcüstanla əlaqələrinin inkişafına münasibəti dəyişməyəcək. O diqqətə çatdırıb ki, Tbilisi ilə Pekin arasında strateji tərəfdaşlığın qurulması ikitərəfli münasibətləri yeni səviyyəyə qaldıracaq.
Azinformasiya.az