Rusiya, Suriya, Türkiyə və İran XİN başçılarının yeni görüşü müzakirə olunur

Rusiya, Suriya, Türkiyə və İran xarici işlər nazirlərinin yeni görüşü müzakirə olunur.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə “RİA Novosti“ Rusiya XİN-dəki mənbəyə istinadən məlumat yayıb.

Nazirlikdən bildirilib ki, məsələ hazırda müzakirə olunur, nəticə əldə etmək üçün XİN başçılarının iş qrafikinin üst-üstə düşməsi lazımdır.

Qeyd edək ki, 10 may tarixində Moskvada dörd ölkənin XİN rəhbərlərinin ilk görüşü keçirilib. Görüşdən sonra nazirlər Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsi layihəsinin hazırlanmasına başlayıblar.

Görüləcək işlərin arasında Suriya hökumətinin bütün ölkə ərazisinə nəzarətinin bərpası, Suriya-Türkiyə sərhədinin təhlükəsizliyinin təmin edilməsi, transsərhəd hücumları və terrorçuların sızma ehtimalının aradan qaldırılması da mövcuddur.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir