Danimarkanın Qahirədəki səfiri Misir Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Azinformasiya.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Misir XİN məlumat yayıb.
Danimarka səfirinin XİN-ə çağırılmasına səbəbin bu ölkədə bir müddət öncə Qurani-Kərimin yandırılması olduğu bildirilib.
“Misirin Kopenhagendəki səfirliyi daxil olmaqla, diplomatik missiyaların binalarının yaxınlığında müsəlmanların müqəddəs kitabı olan Quranın yandırılması aktlarını qəbul etmirik. Danimarka hakimiyyətini onların qarşısını almaq üçün konkret tədbirlər görməyə çağırırıq”, – Misir XİN-in bəyanatında qeyd edilib.
Qeyd edək ki, iyulun 25-də Misirin Danimarkadakı səfirliyi qarşısında Quran yandırılıb. Aksiyanı “Danimarka Vətənpərvərləri” radikal sağçı qruplaşmasının üzvləri törədib.
Azinformasiya.az