Quterreş: “Bir ovuc ianə “Taxıl razılaşması”nı əvəz etməyəcək”

Bəzi ölkələrə bir ovuc ianə Qara dəniz “Taxıl razılaşması”nın başa çatmasının nəhəng təsirini yüngülləşdirməyəcək.

 

Azinformasiya.az “Sky News“a istinadən xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş Rusiya Prezidenti Vladimir Putinin bəzi Afrika ölkələrinə pulsuz taxıl veriləcəyini deməsinə münasibətdə bildirib.

Qeyd edək ki, Rusiya lideri Vladimir Putin bu gün ölkəsinin Afrikaya taxıl ixracında Ukraynanı əvəz edə biləcəyini söyləyib. O, Afrikanın altı ölkəsinin – Burkina-Faso, Zimbabve, Mali, Somali, Mərkəzi Afrika Respublikası və Eritreyanın Rusiyadan pulsuz 25-50 min ton taxıl əldə edə biləcəyini açıqlayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir