Avropa İttifaqı Nigerdə dövlət çevrilişini qətiyyətlə pisləyib

“Avropa İttifaqı (Aİ) dövlət çevrilişi cəhdi ilə üzləşən Nigerin indiki Prezidenti Məhəmməd Bazumu tam dəstəkləyir”.

 

Azinformasiya.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel sosial şəbəkələrdə etdiyi paylaşımda yazıb.

“Mən Prezident Məhəmməd Bazum ilə danışdım və onu Aİ-nin tam dəstəyinə əmin etdim. Biz Nigerdə sabitliyi pozmaq cəhdlərini qətiyyətlə qınayırıq”, – paylaşımda deyilir.

Qeyd edək ki, dünən Nigerdə prezident qvardiyasının bir qrup əsgəri ölkənin paytaxtı Niameydə prezidentin ofisinin yerləşdiyi binanın qarşısını kəsib. Onlar Məhəmməd Bazumun ölkə prezidentliyindən uzaqlaşdırıldığını və ölkənin sərhədlərinin bağlandığını elan ediblər. Silahlı qiyama səbəb Bazumun prezident qvardiyasının komandiri, general Ömər Çianinin vəzifədən azad edilməsi məsələsini qaldırması olub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir