Qətərdə ABŞ rəsmiləri ilə Taliban arasında görüş keçiriləcək

ABŞ rəsmiləri Qətərin paytaxtı Dohada Taliban nümayəndələri və “texnokrat peşəkarlar” ilə görüşəcək.

 

Azinformasiya.az istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilib.

Əfqanıstan üzrə xüsusi nümayəndə Tomas Vest və Əfqan qadınlar, qızlar və insan haqları üzrə xüsusi nümayəndə Rina Amirinin Dohada Əfqanıstan üçün humanitar dəstək, təhlükəsizlik, qadın haqları, iqtisadi sabitlik və narkotik maddələrin istehsalı və qaçaqmalçılığı ilə mübarizə səyləri ilə bağlı müzakirə aparacaqları qeyd olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir