Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Gəncədə 29 yaşlı oğlanı avtomobil vuraraq öldürüb.

 

Azinformasiya.az xəbər verir ki, 1993-cü il təvəllüdlü İzzət Həsənov idarə etdiyi “Naz Lifan 320” markalı avtomobillə Atabəylər küçəsində yerləşən “Şahzadə” marketin qarşısında 1994-cü il təvəllüdlü Rəşad Namazovu vurub.

Piyada xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə rəğmən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir