Ukrayna Silahlı Qüvvələrinin hücumu bütövlükdə Kiyevə Qərb müttəfiqlərinin hazırlamasına kömək etdiyi plana uyğun inkişaf edir.
Azinformasiya.az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippi “Daily Telegraph” qəzetinə müsahibəsində söyləyib.
“Hazırda Ukrayna gözləntilərimizi doğruldur. Ümumiyyətlə, onlar qışda bizimlə, amerikalılarla və başqaları ilə birlikdə hazırlanmış planı həyata keçirirlər. Bu Hollivud filmi deyil. Elə bir ani qələbə olmayacaq”, – Hippi diqqətə çatdırıb.
Azinformasiya.az