Rişi Sunak: “Türkiyə ilə sıx əməkdaşlıq edirik”

“Qara dəniz taxıl dəhlizinin fəaliyyətini bərpa etmək üçün Türkiyə ilə sıx əməkdaşlıq edirik”.

 

Azinformasiya.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, yekunlaşmış Qara dəniz “taxıl sazişi”nə hazırda qayıtmaq mümkünsüzdür.

Qeyd edək ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tuturdu.

Rusiya iyulun 17-də “Taxıl sazişi”nin müddətinin bitməsini önə sürərək sənədin vaxtını uzatmayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir