Ərdoğan: “Ukraynadakı müharibənin bitməsi üçün üzərimizə düşəni etməyə hazırıq”

Ukraynadakı müharibənin bitməsi üçün üzərimizə düşəni etməyə hazırıq.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

Ərdoğan Zelenski ilə iyulun 7-də İstanbulda görüşdüyünü xatırladıb.

“Onunla gündəliyimizdəki məsələləri müzakirə etdik. Xüsusilə, 500 gündən çoxdur davam edən müharibə ilə bağlı təkliflərimizi bölüşdük və bu yöndə əlimizdən gələn hər şeyi etməyə hazır olduğumuzu bir daha bəyan etdik”, – Türkiyə lideri vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir